Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb.
Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb:
“Toy mərasimlərindən birindən sərxoş çıxan kənd sakini 1990-cı il təvəllüdlü Mamedov Fərman Aydın oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Şəmkir Rayon Polis Şöbəsinin apardığı araşdırmalarla hadisənin 2004-cü il təvəllüdlü Cəfərov Qabil Azər oğlu tərəfindən törədildiyi müəyyən edilib. Q.Cəfərov mübahisə zamanı F.Mamedova iki bıçaq zərbəsi vurub. Faktla bağlı araşdırmalar davam edir”.
Aqil Vəlili
www.102info.az