“Reket jurnalist”lərlə mübarizə dövlətlə yanaşı vətəndaş cəmiyyətinin və vətəndaşların da vəzifəsidir” – RƏY

Cəmiyyət

“Reket jurnalist”lərlə mübarizə dövlətlə yanaşı vətəndaş cəmiyyətinin və ayrı-ayrı vətəndaşların da vəzifəsidir.

Bunu “Report”a açıqlamasında deputat Aydın Mirzəzadə bildirib.

“Çox təəssüf olsun ki, “reket jurnalistika” deyilən bir faktor var. Bütün dünyada olduğu kimi Azərbaycan mətbuatında da bu kateqoriyalardan insanlar var. Onlar mətbuata cəmiyyətin maarifləndirilməsi, məlumatlandırılması, problemlərə qarşı mübarizə aparılması vəzifəsini yerinə yetirmək yox, özünün çirkin istəklərini həyata keçirmək üçün istifadə etməyə çalışırlar”, – deputat bildirib.

O vurğulayıb ki, ciddi təhsili olmayan, mətbuata təsadüfən düşənlər, mətbuatı qeyri-leqal qazanc mənbəyi kimi görənlər bu çirkin yoldan istifadə etməyə çalışırlar:

“Vaxtaşırı bununla mübarizə ilə bağlı sağlam mətbuatda məlumatlar gedir. Bununla mübarizə üçün iki yol var. Birincisi, hüquqi yol, ikincisi isə ictimai mübarizə yoludur. “Reket jurnalistikası”na qarşı Azərbaycan qanunvericiliyində kifayət qədər tələblər var. Vaxtaşırı dünya təcrübəsindən irəli gələrək qanunvericiliyimiz təkmilləşdirilir. İctimai mübarizə yolunda isə “reket jurnalistika”sının ünvan seçdiyi məkanlar və cəmiyyət onların təsiri altına düşməməlidir. Onlara qarşı hüquqi yolla mübarizə aparmalıdırlar”.

Deputat qeyd edib ki, insanlar həmin şəxslərdən qorunmaq üçün öz hüquqlarını bilməlidirlər:

“Dövlət və cəmiyyət həmin şəxslərin güclənməsinə yol verməməlidir. Onlarla mübarizə dövlətlə yanaşı vətəndaş cəmiyyətinin və ayrı-ayrı vətəndaşların da vəzifəsidir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir