Rusiya Ədliyyə Nazirliyi Dmitri Bıkov, Yevgeniya Albats və Dmitri Aleşkovskini xarici agent KİV-lər siyahısına daxil edib.
Müvafiq dəyişikliklər idarənin rəsmi saytında öz əksini tapıb.
Dmitri Bıkov rusiyalı yazıçı, şair və publisist, tənqidçi, jurnalist və müəllimdir; Evgeniya Albats – rusiyalı siyasi jurnalist, politoloq, ictimai xadim və yazıçı, “The New Times” jurnalının baş redaktorudur; Dmitri Aleşkovski – rusiyalı ictimai xadimi, jurnalist və media meneceridir.
Hər üç soyad iyulun 29-da 170, 171 və 172 nömrələri ilə reyestrə əlavə edilib.
Mənbə: Vm.ru
www.102info.az