Barselona Kroyffun qolunun 40 saniyəlik videosunu yüz minlərlə dollara satdı – VİDEO

Maraqlı

Barselona ilk NFT-ni yüz minlərlə dollara satıb. 22 dekabr 1973-cü ildə Yohan Kroyffun “Atletiko”ya vurduğu həlledici qolu canlandıran audio-vizual rəqəmsal sənət əsəri klubun tarixində ilk token oldu.

NFT “Bir növ ölməz” adını alıb. Bu, Kroyffun qoluna həsr olunan və 30 musiqiçidən ibarət orkestrin ifasında orijinal saundtreklə müşayiət olunan 40 saniyəlik videoçarxdır. Klub iddia edir ki, Kroyffun rəqəmsal heykəltəraşlığının istehsalına 1000 saatdan çox, bütün NFT işlərinə isə 10 000 saat sərf olunub.

NFT dünyanın ən böyük hərrac evi olan “Sotheby’s”də satışa çıxarılıb. Hərracda 30-dan çox investor iştirak edib.

Nəticədə NFT 693 000 dollara alınıb (hərrac 550 000 dollarla başa çatıb, qalan məbləğ hərracçıya gedib). NFT-nin animasiya versiyasına əlavə olaraq, alıcı Kroyffun qolunun dörd statik şəklini də əldə edib.

Bundan sonra “blaugrana”, investoru “Barsa”nın rəqəmsal səfiri” elan edib, bu isə ona klubda müxtəlif VIP imtiyazlardan istifadə etmək imkanı verir.

Mənbə: Sports.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir