Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi

Siyasət

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.

Bu barədə “CNN Türk” diplomatik mənbələrə istinadla xəbər yayıb.

Məlumata görə, Çavuşoğlu həmkarı Lavrovla görüşündə Ermənistanın atəşkəsə tabe olması mövzusunda xəbərdarlıq edilməsini istəyib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan Moskvada keçirilən görüşlər zamanı 10 oktyabr saat 12:00-dan etibarən Dağlıq Qarabağda cənazə və əsir mübadiləsini nəzərdə tutan humanitar atəşkəs barədə qərar vermişdilər.

Lakin Ermənistanın işğlaçı ordusu atəşkəsdən 24 saat belə keçməmiş Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücum edib. Nəticədə 9 nəfər ölüb, 34 nəfər yaralanıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir