İstanbulda hoteldə yanğın baş verib, 12 nəfər xəsarət alıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda hoteldə baş
vermiş yanğın nəticəsində 12 nəfər xəsarət alıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, 6 mərtəbəli hotelin birinci mərtəbəsində hələlik
məlum olmayan səbəbdən yanğın başlayıb. Yanğın qısa müddətdə
genişlənərək yuxarı mərtəbələrə yayılıb. Yanğın nəticəsində alov
binanın xarici fasadını bürüyüb.




Hadisə ilə bağlı əraziyə yanğınsöndürənlər, polis və tibbi
yardım qrupları cəlb olunub.

Yuxarı mərtəbələrdə köməksiz vəziyyətdə qalmış 7 nəfər
yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Yanğında xəsarət alan
12 nəfərə təcili tibbi yardım avtomobillərində ilkin tibbi yardım
göstərilib və onlar xəstəxanaya göndərilib.

Yanğın nəzarətə götürülərək söndürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir