
Bakı. Trend:
8 sentyabrdan etibarən İranda 3-cü qiymət olaraq 1 litr benzin
üçün 100 min rial (təxminən 0,06 dollar) nəzərdə tutulub.
Bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani
videomüraciətində bildirib.
“Nəzərdə tutulan bu məbləğ bir ayda hər bir vətəndaşın istifadə
edə bildiyi 110 litrdən sonra tətbiq olunacaq. Ölkədə 60 litr
benzinin hər 1 litri 15 min rial (təxminən 0,009 dollar) və 50
litrinin hər 1 litri isə 30 min rial (təxminən 0,018 dollar) təşkil
edir”, -deyə o bildirib.
Hökumət sözçüsü əlavə edib ki, İranın hazırkı vəziyyətini nəzərə
alaraq istehlakın müəyyən ölçüdə artdığı müşahidə olunmaqdadır. Bu
məqsədlə əlavə qiymətin təyin olunması ilə müəyyən addımların
atılması nəzərdə tutulur.
Qeyd edək ki, cari İran ilinin 5 ayı (21 mart -22 avqust 2026)
İranda benzin istehlakı gündəlik 132 milyon litr təşkil edib.
Halbuki qeyd olunan dövrdə İranın benzin istehsalı gündəlik 122
milyon litr təşkil edib. İran 2021-ci ildən istehlakın yüksək
olduğuna görə, benzin idxalçısına çevrilib.
Təkcə ötən həftə 23 avqust -22 sentyabr İranda benzin istehlakı
təxminən 1,2 milyard litr təşkil edib.

