8 ayda dövlət büdcəsindən 224,2 milyon manat geri qaytarılıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsindən
fiziki və hüquqi şəxslərə ümumilikdə 224 milyon 195,4 min manat
məbləğində vəsait geri qaytarılıb.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.




Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və
ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino,
muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş
ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən
ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların
alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan
şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış
sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq
ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə
sanksiyaları da geri qaytarılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir