
Bakı. Trend:
“Huawei Technology” şirkəti ilə rəqəmsal və yaşıl həllərin
formalaşdırılması, onların iqtisadiyyatın müxtəlif sahələrində
tətbiqi məsələləri müzakirə olunub.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov “Huawei
Technology” şirkətinin baş vitse-prezidenti Fillip Gan ilə
görüşüb.
Görüşdə Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı, innovativ
texnologiyaların tətbiqi və yaşıl transformasiya istiqamətlərində
həyata keçirdiyi tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı,
investisiya imkanlarının genişləndirilməsi, texnologiya
transferinin təşviqi, insan kapitalının inkişafı, eləcə də lokal
tədqiqat və inkişaf mərkəzlərinin yaradılması istiqamətlərində
əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə, həmçinin rəqəmsal və yaşıl həllərin formalaşdırılması,
onların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi və bu
istiqamətdə yeni əməkdaşlıq imkanlarının yaradılması məsələləri
nəzərdən keçirilib.

