Gəncə prospektində transformator yanıb

Baş səhifə

Bakının Xətai rayonu, Gəncə prospektində yanğın hadisəsi baş verib.

Modern.az xəbər verir ki, ilkin məlumata görə, yanğın bölgədə yerləşən transformatorda qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir