“Azərbaycanın şanlı qələbəsi nəticəsində Cənubi Qafqazda sabitlik və yeni geosiyasi düzən yaranıb”.
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Daşkənddə Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, iqtisadiyyat və rabitə nazirlərinin birinci üçtərəfli iclasında çıxış edərkən söyləyib.
M.Çavuşoğlu qeyd edib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması üzrə fəaliyyəti dəstəkləyir.
Türkiyənin XİN başçısı əlavə edib ki, Türkiyə Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələrində bərpa və yenidənqurma prosesinə də dəstək verir.
Mənbə: Haber Global
www.102info.az