NASA-nın “Instagram” səhifəsində Süd Yolundan 2,5 milyon işıq ili uzaqlıqda yerləşən Andromeda qalaktikasının indiyə qədər dərc olunan ən böyük fotosu paylaşılıb.
Təsvirdə 100 milyondan çox ulduzun olduğu qalaktikanın 48 000 işıq ili boyu uzanması əks olunub.
Şəklin “Hubble” kosmik teleskopu ilə təbii görünən rəngdə çəkildiyi bildirilir.
Geniş görüntü postda üç hissəyə bölünür, sonuncu hissədə təsvirə səpələnmiş saysız-hesabsız ulduzların mavi zolaqları görünür.
Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi həmçinin qeyd edib ki, Andromeda qalaktikası ölçü və forma baxımından bizimkinə bənzəyir.
www.RIA24.az