Xarici diplomatlar Gəncədə erməni vəhşiliyi ilə tanış oldular

Siyasət

Biz bu gün xarici diplomatları Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə törətdiyi vəhşiliyi, vandalizm aktını yerindəcə, öz gözləri ilə görsünlər deyə bura dəvət etmişik.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev xarici diplomatlara Gəncədə baş verənlər barədə məlumat verərkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan utanmazcasına öz məsuliyyətini inkar etməyə çalışır:

“Dünən Ermənistanın Müdafiə naziri riyakarcasına öz açıqlamasında qeyd edib ki, bu vandalizmi onlar törətməyib. Lakin faktı heç kim gizlədə bilməz. Azərbaycanda akkreditasiya keçmiş diplomatlar da hər şeyi öz gözləri ilə gördülər. Aidiyyəti olaraq gördükləri bu vandalizm aktı ilə bağlı onlar da öz hökumətlərini məlumatlandıracaqlar. Biri var bu məlumatı mediadan oxusunlar, biri də var öz gözləri ilə görsünlər. Diplomatiyanın da qaydasıdır ki, səfirliklər bu faktları əsaslandırmalıdırlar. Məqsədimiz Ermənistanın bu vəhşiliyini dünya ictimaiyyətinə doğru-düzgün çatdırılmasını təmin etməkdir”.

Fərdin İsazadə

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir