"Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə uduzub

Baş səhifə

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk matçını keçirib.

Modern.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda səfərdə “Mançester Yunayted”in qonağı olub.

İngiltərənin Li şəhərindəki “Li Sports Villic” stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, “Sabah”ın U-19 komandası tarixində ilk dəfə iştirak edəcəyi UEFA Gənclər Liqasının əsas mərhələsində həmçinin “Barselona”, Vilyarreal” (hər ikisi İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Slaviya” (Çexiya) və “Vikinq” (Norveç) komandaları ilə mübarizə aparacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir