İordaniyaya vizasız getmək mümkün olacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri
viza tələbindən qarşılıqlı azad ediləcək.

Bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də
keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya
Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport
sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında
Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi komitə iclasında
müzakirə çıxarılacaq.

Bundan əlavə, bir sıra beynəlxalq sənədlərin təsdiq edilməsi
barədə aşağıdakı qanun layihələri də komitə iclasının gündəliyinə
daxil edilib:

  • “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti
    arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
    Azərbaycan Respublikası qanununun layihəsi.
  • “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa
    Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə
    Azərbaycan Respublikası qanununun layihəsi.
  • “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və
    Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba
    Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü
    haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran
    Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı”
    MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata
    keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası
    qanununun layihəsi.
  • “Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər
    Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında
    Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti
    ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq
    edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
  • “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası
    Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı
    mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan
    Respublikası qanununun layihəsi.
  • “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında
    müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi
    barədə Azərbaycan Respublikası qanununun layihəsi.
  • “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası
    Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında
    Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun
    layihəsi.
  • “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası
    Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun
    yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə
    dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq
    edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir