Rusiyada 5G internet istifadəyə verildi

Baş səhifə

Bakı.Trend:

Rusiyada 5G internet işə salınıb.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyinin məlumatına
görə, Rusiyanın ən iri mobil rabitə operatorları – “MTS”,
“Vımpelkom”, “Meqafon” və T2 – ilk 5G şəbəkələrini kommersiya
istismarına veriblər.

İlk mərhələdə 5G xidmətləri 10 milyon insanın yaşadığı 16
şəhərdə istifadəyə verilib.




Belə ki, Moskva, Sankt-Peterburq və Yekaterinburqda 5G
şəbəkəsini dörd operatorun hamısı istifadəyə verib. Novosibirsk və
Kazanda “Meqafon” və “MTS”, Samarada “Vımpelkom” və “Meqafon”,
Veliki Novqorod, Krasnodar, Nijni Novqorod və Tverdə “Meqafon”,
Volqoqrad, Krasnoyarsk, Perm və Çelyabinskdə T2, Ufada “MTS”,
Yaroslavlda isə “Vımpelkom” 5G şəbəkəsini istifadəyə verib.

Yaxın vaxtlarda bu şəhərlərdə “Android” platformasında işləyən
cihazların bütün istifadəçiləri 5G xidmətlərindən yararlana
biləcəklər. “iPhone” istifadəçilərinin 5G-yə çıxışı isə “Apple”
korporasiyasının qərarından asılıdır.

Qeyd edək ki, 5G (beşinci nəsil mobil rabitə) əvvəlki 4G
şəbəkələri ilə müqayisədə daha yüksək internet sürəti, daha az
gecikmə və daha çox sayda cihazın eyni vaxtda şəbəkəyə qoşulmasını
təmin edən mobil rabitə texnologiyasıdır. 5G xüsusilə
yüksəkkeyfiyyətli video yayımı, “ağıllı” cihazlar, avtonom
nəqliyyat və digər real vaxt rejimində işləyən texnologiyalar üçün
daha sürətli və stabil bağlantı imkanları yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir