
Bakı. Trend:
ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank
kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla
tamamlanıb. Əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond
Birjasında qeydiyyata alınıb.
Tranzaksiyanın ümumi dəyəri 1,646 trilyon som (təxminən 140
milyon ABŞ dolları) təşkil edir. Razılaşmaya əsasən, Davr Bankın 51
milyon adi səhmini əldə etməklə Bankın kapital strukturunda 51%
paya sahib olub.
Bank yaxın günlərdə Özbəkistan bazarında “ABB Davr” brendi
altında universal bank kimi fəaliyyətə başlayaraq fərdi
müştərilərə, kiçik və orta bizneslərə, eləcə də iri korporativ
qurumlara geniş çeşiddə bank xidmətləri göstərəcək.
Hazırda Davr Bankın 2 milyondan çox müştərisi, 1,800-dən çox
əməkdaşı, paytaxt və regionlarda 43 filial və xidmət mərkəzi var,
aktivlərinin həcmi 2 milyard manatdan çoxdur. Bank xüsusilə kiçik
və orta biznesin maliyyələşdirilməsində fəal mövqeyə malikdir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində, 23 avqust 2026-cı
ildə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB
Davr Bank” layihəsinin rəsmi açılışı olub.
ABB Maliyyə Qrupunun Özbəkistan bazarında fəaliyyətlə bağlı
strateji baxışı ilə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun
müsahibəsindən
tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.

