ABŞ-da “McDonald’s” işçisi güllələnib: “free” soyuq olduğu üçün

Dünya

ABŞ-da “McDonald’s” fast food şəbəkəsinin 23 yaşlı əməkdaşı Metyu Uebb güllələnib.

Buna səbəb müştərilərdən birinin kartof “free”nin soyuq olmasından narazı qalması olub.

Bu barədə “İndependent” məlumat yayıb.

Nəşrin məlumatına görə, kartof “free”ni alan qadın sifariş verildiyi vaxt videobağlantı vasitəsilə  oğlu Maykl Morqanla danışıb. Anası ilə Uebb arasında yaranan anlaşılmazlığın şahidi olan  Morqan tezliklə kafeyə gəlib. Mübahisə qızışıb və nəticədə Morqan tapança ilə Uebbin boynuna atəş açıb.

Uebb hazırda ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Bildirilir ki, Morqan artıq dəfələrlə polis tərəfindən saxlanılıb. O, adam öldürməyə cəhddə ittiham olunub.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir