Bullinqlə mübarizə istiqamətində təlim proqramının icrasına başlanıb – FOTO

Cəmiyyət

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Stop or Stop it” layihəsi çərçivəsində təlim proqramının icrasına başlanılıb.

“İrəli” İctimai Birliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, təlim proqramına uyğun olaraq 25 nəfər gəncə bullinq və onun əsasları, kiberbullinq, uşaqlarla sosial iş, emosional zəka, şəxsiyyətin formalaşması və digər mövzularda maarifləndirici sessiyalar keçirilib. Layihə boyunca iştirakçı gənclər bir sıra enercayzer və komanda işlərində öz bacarıqlarını sınayıblar. Təlim proqramına habelə natiqlik, təqdimat və effektiv ünsiyyət bacarıqları, komanda quruculuğu və başqaları aiddir.

Qeyd edək ki, təlim proqramını uğurla başa vurduqdan sonra multipleyer kimi formalaşmış gənclər müxtəlif auditoriyalar üçün təlimlər keçəcəklər. Bu mərhələdə 500-ə yaxın gəncin iştirakı planlaşdırılır. Ümumilikdə isə layihənin əsas məqsədi gənclər arasında bullinqin fəsadları haqqında maarifləndirmə aparmaq, özünəinam, şəxsiyyət hissinin formalaşmasına yardımçı olmaqdır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir