Tramp İrlandiyada Avropa liderləri ilə görüşlər keçirəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp həftəsonunu keçirəcəyi İrlandiyada
bir sıra Avropa liderləri ilə görüşmək niyyətində olduğunu
bildirib.

“Avropa liderləri və digər şəxslərlə çoxlu görüşlərimiz olacaq.
Buna görə də çox maraqlı olacaq. Biz fəal şəkildə ticarət
aparırıq”, – deyə Tramp bildirib. O, İrlandiyaya uçmazdan əvvəl
Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin
suallarını cavablandırıb. Prezident əlavə təfərrüat
açıqlamayıb.




Ağ Ev daha əvvəl Trampın sentyabrın 12-si və 13-də İrlandiyada
olacağını açıqlayıb. Onun, xüsusilə, Baş nazir Mixel Martinlə
görüşəcəyi və qolf turnirinə qatılacağı gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir