
Bakı. Trend:
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətinin
Səravan rayonunda terror qruplaşmasına qarşı əməliyyat davam
edir.
İranın Sistan və Bəlucistan vilayəti valiliyinin məlumatına
görə, bunu valinin müavini Əli Xəlilabadi deyib.
“Bu gün yerli vaxtla səhər saat 4-dən etibarən Səravan rayonunda
təhlükəsizlik əleyhinə dəstənin yerləşdiyi məkanın ələ keçirilməsi
ilə əlaqədar əməliyyat davam edir”, -deyə o qeyd edib.
Xəlilabadi qeyd edib ki, məlumatlara görə, silahlı toqquşmada
çoxlu dəstənin çoxlu sayda üzvü ölüb və ya yaralanıb. Hazırda bu
məkanın dəstədən tam təmizlənməsi məqsədilə əməliyyat davam
edir.
Vali müavini deyib ki, Sistan və Bəlucistan vilayətinin
təhlükəsizlik qurumlarının tam sayıqlığı nəticəsində vəziyyət
nəzarət altındadır.
“Sözügedən dəstə ictimai asayişə zərbə vurmaq və terror aktları
törətmək niyyətində olub. Onlar Səravan şəhərində bir məkana
toplaşıblar”, -deyə o qeyd edib.

