“Starlink” peyklərinin sayı 11,1 mini keçib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “SpaceX” şirkətinin “Starlink” layihəsi çərçivəsində Yer
orbitində fəaliyyət göstərən peyklərin sayı 11,1 mini ötüb.

Bu barədə “SpaceX”in məlumatlarında bildirilir.

Qeyd olunur ki, ötən bazar günü növbəti peyk qrupunun orbitə
buraxılmasından sonra “Starlink”in aktiv peyklərinin ümumi sayı 11
133-ə çatıb.

Ümumilikdə, “SpaceX” 2019-cu ilin mayından etibarən “Starlink”
layihəsi çərçivəsində 12,9 mindən çox internet peykini orbitə
çıxarıb. Peyklərin bir qismi texniki səbəblərdən fəaliyyətini
dayandırıb və ya orbitdən çıxarılıb.




Cari ilin əvvəlindən isə şirkət 80 “Falcon 9” raketinin köməyi
ilə təxminən 2 min “Starlink” peykini orbitə göndərib.

“SpaceX” gələcəkdə qlobal internet şəbəkəsini tam formalaşdırmaq
məqsədilə orbital qruplaşmadakı aktiv peyklərin sayını 12 minə
çatdırmağı planlaşdırır. Bu şəbəkənin dünyanın istənilən yerində
istifadəçiləri genişzolaqlı internetlə təmin etməsi nəzərdə
tutulur. Layihəyə ümumi investisiyanın təxminən 10 milyard dollar
təşkil edəcəyi gözlənilir.

Hazırda “Starlink” şəbəkəsi dünyanın 160-dan çox ölkə və
ərazisində fəaliyyət göstərir və 10 milyondan artıq aktiv
istifadəçiyə yüksəksürətli internet xidməti təqdim edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir