Ermənistanın humanitar atəşkəslə bağlı “öhdəliyi” riyakarlıqdır.
Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
“Səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalıb. 100-dən çox top mərmisi şəhəri və kəndləri vurub. Altı mülki şəxs yaralanıb. Bir mülki vətəndaş öldürülüb. Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın “Stalinqradı”dır”, – deyə o qeyd edib.
Armenia’s ‘commitment’ to humanitarian truce utter hypocrisy: since morning #Tartar city under heavy artillery attack. 100+ artillery missiles hit the city and its villages. 6 civilians wounded. One civilian killed. Tartar is ‘Stalingrad’ of Azerbaijan against Armenia’s nazism.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 14, 2020