
Bakı. Trend:
ABŞ-ın xam neft ehtiyatlarının həcmi 1982-ci ilin noyabrından
bəri ən aşağı səviyyəyə düşüb.
Bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, strateji ehtiyatlardakı neftin həcmi 285 milyon
barelə qədər azalıb.
Bu göstərici ABŞ-ın enerji təhlükəsizliyi baxımından əsas
ehtiyat mənbələrindən biri hesab olunan neft ehtiyatlarının son
onilliklərdəki ən aşağı səviyyəsini göstərir.

