Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ürək nahiyəsindən bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 148 nömrəli məktəbin qarşısında Göyçay rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Dilqəm Nazim oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış işləri aparır.
www.102info.az