Baş nazirdən sərəncam: Azad edilmiş ərazilərdə yeni İşçi Qrupu yaradıldı

Müharibə

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupu yaradılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aşağıdakı tərkibdə əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb:

İşçi Qrupun rəhbəri

Azərbaycan Respublikasının energetika naziri

İşçi Qrupun üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir