
Bakı. Trend:
ABŞ administrasiyası İsrailə təxminən 2,8 milyard dollar
dəyərində ağır hava bombalarının satışı ilə bağlı müqavilə
hazırlayır.
Bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadla
məlumat yayıb.
Məlumata görə, mümkün sövdələşmə çərçivəsində 20 min ədəd MK-84
və BLU-117 bombası, həmçinin 20 min ədəd BLU-109 nüfuzedici
bombasının İsrailə satılması nəzərdə tutulur.
Nəşr bildirir ki, satışın ABŞ-nin Xarici Hərbi Maliyyələşdirmə
mexanizmi vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ilin yanvarında ABŞ Prezidenti Donald
Tramp İsrailə 2 min funtluq bombaların tədarükünə əvvəlki
administrasiya tərəfindən qoyulan məhdudiyyəti aradan qaldırıb.

