
Bakı. Trend:
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.
Trend-in
məlumatına görə, hadisə sentyabrın 15-də qeydə alınıb.
Belə ki, Asəf Cəlilov idarə etdiyi “Hyundai Santa Fe” markalı
avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Miryaqub
Sadıqovu vurub.
Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanılıb, araşdırma aparılır.

