Kalmıkiyada məhbuslar islah koloniyasının işçilərinə hücum edib: bir nəfər ölüb, yeddi nəfər yaralanıb

Dünya

Kalmıkiyada məhkumlar islah koloniyasının (İK) əməkdaşlarına hücum ediblər. Hadisə xüsusilə ağır cinayətlər törətmiş residivistlərin yerləşdiyi Kalmıkiya Respublikası Cəzaların İcrası üzrə Federal Xidmət İdarəsinin 2 saylı islah koloniyasında baş verib.

Bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, avqustun 5-i axşam saatlarında iki məhbus “əldə hazırlanmış iti lövhə və armaturdan istifadə edərək” islah müəsissəsinin iki əməkdaşına hücum edib. Zərərçəkənlərdən biri yerindəcə keçinib, ikincisi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha sonra cinayətkarlar yataqxananın ərazisində İK-nin k-qrupu əməkdaşlarına hücum ediblər. Nəticədə altı əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücum edənlər saxlanılıb. Onların 2000 və 1994-cü il təvəllüdlü məhkumlar olduğu məlum olub. Cinayətkarlardan biri “bir neçə cinayət törətdiyinə görə, o cümlədən quldurluq” maddəsilə üç il yarım, ikincisi bir neçə cinayətə, o cümlədən “qətl”ə görə 15 il cəza alıb.

Hücum faktı ilə bağlı “Qətl”, “Öldürməyə cəhd” və “Cəmiyyətdən təcrid olunmanı təmin edən müəssisələrin fəaliyyətinin qeyri-mütəşəkkilliyi” maddələri ilə cinayət işi başlanıb.

Mənbə: MK.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir