Bərdə sakinindən odlu silah götürülüb.
APA-nın yerli müxbirinin xəbərinə görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah və sursat saxlamaqda şübhəli bilinən rayon sakini müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Yurik İsmayılov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, tapançaya məxsus 11 ədəd patron və iki patron darağı, eləcə də bir ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.
www.102info.az