Bir sıra Qərb mənbələrində yayılan məlumata görə İran “Şahid 129” PUA-larını artıq Rusiyaya təhvil verib.
Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni videomaterialında bildirilir.
“Açıq mənbələrdə “Şahid 129” PUA-larının İsrailin “Hermes 450” və ABŞ-ın “MQ-1 Predator” dronları bazasında hazırlandığı deyilir. İstehsalçının sözlərinə görə, aparat həm kəşfiyyat, həm də doyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. O, səmada 24 saatadək dövrə vura bilər”, – deyə süjetdə qeyd olunur.
Daha ətraflı “Caliber”in videomaterialında:
www.102info.az