İsveçdə doğum əmsalı 1990-cı illərin sonlarında müşahidə olunan səviyyəyə düşüb.
Bu barədə ölkənin Statistika İdarəsinə (SCB) istinadən məlumat verilib.
Məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində İsveçdə 35 467 uşaq doğulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 483 uşaq azdır.
Hazırda orta hesabla bir qadına 1,5 uşaq doğulur.
Mənbə: İzvestiya
www.102info.az