
Bakı.Trend:
Ukrayna Milli Bankının (NBU) İdarə Heyəti gözləntilərə uyğun
olaraq uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq illik 16%-ə
çatdırıb.
Bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
Bank bu qərarın səbəbləri kimi davamlı fundamental qiymət
təzyiqini, təklif şoklarının ikinci dərəcəli təsirlərini və
ortamüddətli inflyasiya risklərinin artmasını göstərib.
“Bu qərar qrivna aktivlərinin cəlbediciliyini və valyuta
bazarının dayanıqlığını dəstəkləyəcək. Bu isə inflyasiya
gözləntilərinə nəzarəti saxlamağa və inflyasiyanı siyasət üfüqündə
5%-lik hədəf göstəriciyə doğru davamlı azalma trayektoriyasına
qaytarmağa imkan verəcək”, – deyə Ukrayna maliyyə tənzimləyicisinin
cümə axşamı yaydığı press-relizdə bildirib.

