COVID-19 pandemiyası ərzində ilk dəfə olaraq Tibetdə koronavirusa yoluxma aşkarlanıb.
Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, son sutka ərzində həkimlər Tibet muxtar rayonunda 22 yoluxma halını qeydə alıb.
Koronavirusa yoluxan 21 nəfər xəstəliyi simptomsuz keçirib, yalnız bir nəfər müalicə üçün xəstəxanaya yerləşdirilib.
Mənbə: TASS
www.102info.az