Şəkidə mikroavtobus və yük avtomobili toqquşub, yaralananlar var – FOTO

Cəmiyyət

Şəkidə mikroavtobus qəzaya düşüb.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qarameryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Vərəzət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki-Bakı marşrut xətti ilə hərəkət edən “Ford” markalı mikroavtobusla “Mercedes” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir