Rusiyanın Voronej şəhərində pulla dolu seyf oğurlanıb.
Hadisə şirkətin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Gecə saatlarında üç nəfər əllərində linglə “Mitaks” şirkətinin ofisinə soxularaq direktorun otağında olan pul seyfini aparıb.
Qeyd olunur ki, sözügedən seyfdə şirkət işçilərinin maaşı saxlanılırmış.
Hazırda hüquq mühafizə orqanları soyğunu həyata keçirmiş şəxsləri axtarır.
Mənbə: Baza “Telegram” kanalı
www.102info.az