Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Baş səhifə

Bakı. Trend:

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə
veteranlar arasında dünya çempionatı start götürüb.

İlk yarış günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında 1
qızıl və 3 bürünc medal qazanıb.

100 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev
bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.




Əbülfət İsmayılov (60 kiloqram), Mahir Abbasov (81 kiloqram) və
Coşqun Abdullayev (90 kiloqram) isə bürünc medala layiq
görülüblər.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə
təmsil olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir