Bakıda zibil problemini qoyunların köməyilə “həll edirlər” – VİDEO

Cəmiyyət

Bakı şəhərinin Masazır qəsəbəsində küçə zibilliyə çevrilib.

Oxu.Az xəbər verir ki, vəziyyəti əks etdirən müvafiq görüntülər sosial şəbəkədə yayılıb.

Yeni Bakı adlanan ərazidə şəhid İsmət Qayıbovun adına olan küçədə antisanitar vəziyyət yaranıb.

Bu azmış kimi, ərazidə toplanan zibili qoyunlar yeyir.

Sakinlər zibil qutuları olmadığından belə vəziyyətin yarandığını bildiriblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir