
Bakı.Trend:
Suriyada, Hələb əyalətinin cənubunda, Əl-Ays yaşayış məntəqəsi
ərazisində Suriya ordusuna məxsus obyektlərdən birinin ərazisində
yerləşən sursat anbarında silsiləvi partlayışlar baş verib.
Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.
Obyektdə ilk güclü partlayışdan sonra yeni partlayışlar baş
verib.
Partlayışların davam etməsi səbəbindən xilasedici və
yanğınsöndürən briqadalar hələlik hadisə yerinə yaxınlaşa
bilmirlər. Ərazidə təhlükənin davam etməsi ilə əlaqədar sakinlərə
partlayışların baş verdiyi zonaya yaxınlaşmamaq çağırışı
edilib.
Hadisənin səbəbləri, həmçinin ölən və xəsarət alanlar barədə
hələlik məlumat verilmir.

