Lənkəranda döyülərək xəstəxanaya yerləşdirilən yeniyetmə ölüb

Baş səhifə

Lənkəranda 3 gün bundan əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 3 gün bundan əvvəl Lənkəran rayonunun Kərgəlan kənd sakini 16 yaşlı E.İ. tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülərək başından xəsarət almışdı.

Xəsarət alan yeniyetmə tibbi yardım avtomobili ilə təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Kəllədaxili travma diaqnozu ilə o, reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Yeniyetməniı xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində ölüb.

Əməli törətməkdə şübhəli bilinən yeniyetmə İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birinin həyətində baş verib.

Araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir