Prezident İlham Əliyev: Yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq

Baş səhifə

Bakı. Trend:

Əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft
hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım
da olacaq.

Bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya
sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.




“Əgər ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq görərik ki,
artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk
növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft
yatağımız “Azəri-Çıraq-Günəşli” artıq 30 ilə yaxındır istismardadır
və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də
var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda, əminəm
ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını
lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq.
Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili
məhsulumuzun 1,2 faiz artmasının səbəbi budur. Bu, bizi narahat
etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft
sektorunun inkişafıdır. Burada da son 8 ayda, yəni bu ilin 8 ayında
5,4 faiz artım olmuşdur”- deyə dövlətimizin başçısı əlavə edib.

Qeyd edək ki, sentyabrın 22-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında
2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya
sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş
müşavirə keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir