ABŞ Ukraynaya 400 milyon dollarlıq yardım paketinə “Patriot” raketlərini daxil etməyəcək

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası Ukraynaya 400 milyon dollar
məbləğində hərbi yardım paketinə “Patriot” hava hücumundan müdafiə
sistemləri üçün raketlərin daxil edilməməsinə qərar verib.

Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat
yayıb.




Agentliyin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın
administrasiyası Ukraynaya hərbi yardım üçün ayrılmış 400 milyon
dollar vəsaiti sentyabrın 30-da başa çatan cari maliyyə ilinin
sonunadək mənimsəməyi öhdəsinə götürüb. Nəşr qeyd edib ki, bu hərbi
yardımın 2029-cu ilin oktyabrınadək Kiyevə çatdırılması gözlənilir
və paketə silahlar, zirehli texnika üçün ehtiyat hissələri daxil
olacaq.

Mənbələrdən biri bildirib ki, paketə “Patriot” raketləri daxil
edilməyəcək. Qeyd olunur ki, Ukrayna tərəfi bu silahların
verilməsini xahiş edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir