Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Tavuş vilayətinə səfəri çərçivəsində İrəvan-Sevan-İcevan-Azərbaycan sərhədi dövlətlərarası avtomobil yolunun əsaslı təmiri ilə tanış olub.
Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, yolun əsaslı təmiri dövlət büdcəsi hesabına həyata keçirilir.
İşlərə cari il başlanılıb. Təmirin 2022-ci ilin sonuna qədər başa çatdırılması gözlənilir.
Mənbə: Sputnik Ermənistan
www.102info.az