Beynəlxalq Gənclər Günündə gənclər birlik naminə – FOTO

Cəmiyyət

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatları, beynəlxalq təşkilatların gənclərlə bağlı proqramlarının üzvləri, həmçinin NAYORA-ya üzv beynəlxalq platformalı gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

İki hissədən ibarət tədbir rəsmilərin çıxışları və panel müzakirəsi ilə öz işinə başlayıb, daha sonra isə gənclərlə birlikdə şəbəkələşmə fəaliyyətini əhatə edib.

Rəsmi hissə NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu və NAYORA-nın sədri Azər Əliyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Gənclər Fondunun icraçı direktonunun müavini Qədir Xəlilov, İCYF ERC-nin baş icraçı direktoru vəzifəsinin icraçısı Vüsal Qurbanovun açılış nitqləri ilə davam edib.

Daha sonra “Gənclərin inkişafında beynəlxalq gənclər təşkilatlarının rolu: imkanlar və problemlər” mövzusunda İCYF ERC-nin baş icraçı direktoru vəzifəsinin icraçısı Vüsal Qurbanov, Azərbaycanın Tələbə və Məzunlar Platformasının icraçı direktoru Rafael Hacıbəyli, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə və AIESEC Azərbaycanın prezidenti Rəsul Göyüşovun spikerliyi ilə panel müzakirəsi baş tutub.

Tədbirin ikinci hissəsi dənizkənarı məkanda şəbəkələşmə fəaliyyəti ilə davam edib.

Məlumat üçün vurğulayaq ki, tədbirin əsas məqsədi ölkəmizdə yaşayan, təhsil alan və ya işləyən beynəlxalq təşkilatları və xarici ölkələri təmsil edən gənclərlə, milli gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin qarşılıqlı əməkdaşlığını təmin etmək, birgə fəaliyyət göstərmələrinə təkan vermək və gələcək tərəfdaşlıqları dəstəkləməkdən ibarət olub. 

Qeyd olunanlara paralel olaraq  Malayziya Milli Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə NAYORA-nın sədri Azər Əliyev çıxış edib. Görüşdə Malaziyanın Xarici İşlər naziri Saifuddin Bin Abdullah və bir sıra ölkələrin Milli Şuralarının sədrləri də iştirak edib. 

Tədbirlər çərçivəsində NAYORA-nın baş katibi Ramin Həbibzadənin Özbəkistan Gənclər Şurası ilə görüşü baş tutub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir