“Tank biatlonu” müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib – FOTO

Müharibə

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və sertifikatlar təqdim edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə beynəlxalq müsabiqənin hakimlər heyətinin tərkibi dəqiqləşdirilərək onların səlahiyyət və vəzifələri, həmçinin müsabiqənin mükafat və cərimə ballarının hesablanması prinsipləri müəyyənləşdirilib.

Qeyd edək ki, Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının  27-dək davam edəcək.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir