
Bakı.Trend
Moldova parlamentinin müxalifəti prezident Maya
Sandunun impiçmenti proseduruna başlayıb.
Bu barədə “Vedomosti” nəşri yazır.
Məlumata görə, bununla bağlı layihəni 46 deputat
imzalayıb və parlamentdə qeydiyyatdan keçirib. Müxalifət Sandunu
Konstitusiyanı və hakimiyyət bölgüsü prinsipini pozmaqda ittiham
edir.
Prosedurun başlanması üçün ən azı 34 imza tələb
olunur. Lakin prezidentin vəzifədən kənarlaşdırılması barədə
qərarın qəbul edilməsi üçün parlamentdə deputatların üçdə ikisi
layihənin lehinə səs verməlidir.
Layihədə müxalifət Sandunu hakimiyyəti qəsb etməkdə,
məhkəmələrin və prokurorluğun fəaliyyətinə müdaxilə etməkdə,
həmçinin keçmiş baş prokuror Aleksandr Stoyanoqloqun qanunsuz
şəkildə vəzifədən azad edilməsində ittiham edir. Bundan əlavə,
təşəbbüsün müəllifləri Moldovanın Avropa İttifaqına üzvlük kursu
ilə bağlı iradlarını bildirərək, prezidentini xaricdən aldığı pul
mükafatlarını gizlətməkdə ittiham ediblər.

