Xüsusi xidmət orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir

Baş səhifə

Bakı. Trend:

Xüsusi xidmət orqanlarında xidmətkeçən şəxslərin pul və maddi
təminatı ilə bağlı normalar təkmilləşdiriləcək.

Trend-in
iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu, Milli Məclisin
bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində və 9
qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi

Hazırda qüvvədə olan qanunvericiliyə görə, hərbi qulluqçulara,
hakimlərə, prokurorluq orqanlarının prokurorluq işçilərinə və
prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquq mühafizə
orqanlarının (o cümlədən hüquq mühafizə orqanlarının
səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən vergi
orqanının) xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ
ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna
olmaqla), habelə əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə
əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı,
mükafat və digər maddi təminatlar gəlir vergisindən azaddır.

Qanun layihəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) hərbi qulluqçularının gəlirlərinin gəlir
vergisindən azad olunmasının istisna edilməsi təklif olunur. Yəni
həmin hərbi qulluqçuların gəlirlərinin gəlir vergisi tutulacaq.

“Hərbi qulluqçuların statusu haqqında” Qanunda
dəyişiklik edilməsi qanun layihəsi

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) hərbi qulluqçularının pul təminatının ödənilməsi sistemi
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən ediləcək.

Həmin hərbi qulluqçuların (müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və onun müavinləri istisna
olmaqla) pul təminatı rütbə maaşından, rütbə maaşından hesablanan
əlavələrdən və mütləq rəqəmlərlə müəyyən edilən əlavələrdən ibarət
olacaq.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) hərbi qulluqçularına qida məhsullarının verilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən ediləcək.

Hərbi qulluqçuların və onların ailə üzvlərinin yeni xidmət
yerinə köçməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada ödəniləcək.




“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”
Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi

Kəşfiyyat və əks-kəşfiyyat hərbi fəaliyyəti subyektlərinin
qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından,
rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul
təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən
(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) hərbi qulluqçularına münasibətdə rütbə maaşından, rütbə
maaşından hesablanan əlavələrdən və mütləq rəqəmlərlə müəyyən
edilən digər əlavələrdən
) ibarət olacaq.

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin
subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların
yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50
faizindən (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) hərbi qulluqçularına münasibətdə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilmiş məbləğdən
) çox olmamaqla əlavələr təyin edə
biləcək.

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi
qulluqçularına (müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) hərbi qulluqçuları istisna olmaqla
)
hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində
müavinət veriləcək.

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi
qulluqçularının (müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) hərbi qulluqçuları istisna olmaqla
)
müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul
təminatı məbləğində birdəfəlik müavinət veriləcək.

Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər
məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin (müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
əməkdaşları və işçiləri istisna olmaqla
) vəzifə maaşlarına
artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqani tərəfindən müəyyən olunacaq.

Qanunun məqsədi

Beləliklə, təqdim olunan layihədə nəzərdə tutulan dəyişikliklər,
xüsusi xidmət orqanlarında xidmətkeçən şəxslərin pul və maddi
təminatı ilə bağlı normaların təkmilləşdirilməsinə, mövcud hüquqi
tənzimləmənin dəqiqləşdirilməsinə və bu sahədə hüquqi müəyyənliyin
təmin edilməsinə yönəlib.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir