YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Baş səhifə

Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.

APA xəbər verir ki, bunu deputat Nizami Səfərov YAP-ın Nizamnaməsinə təklif olunan dəyişikliklərin müzakirəsində deyib.

Nizami Səfərov bildirib ki, hazrıda qüvvədə olan Nizamnaməyə əsasən, partiya sədrinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitdikdə Partiyanın Sədri Qurultay tərəfindən yenidən seçilə bilər.

Nizami Səfərov qeyd edib ki, bu müddəa aradan qaldırılıb: “Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə aparacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir