Naxçıvanda avtomobil piyadanı vurub öldürüb

Baş səhifə

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

APA xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.

Belə ki, “Hyundai” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.

Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir