
Bakı. Trend:
Futbol üzrə UEFA Millətlər Liqasında D2 qrupunda növbəti oyun
başladı.
Azərbaycan yığması 8-ci km stadionunda Litva millisini qəbul
edir.
Komandalar cari turnirdə artıq bir dəfə üz-üzə gəliblər.
Sentyabrın 27-də Litvada keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan millisi oktyabrın 1-də isə Lixtenşteynlə Bakıda qolsuz
heç-heçə edib.
Litva ilk turda Lixtenşteyn üzərində 2:0 hesablı qələbə
qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində son oyununu
noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

